İndoneziya prezidenti Coko Vidodo həyat yoldaşı İriana, xarici işlər naziri Retno Marsudi və Nazirlər Kabinetinin katibi Pranomo Anunqla birlikdə Rusiyanın məhv etdiyi İrpenə baş çəkib.
"Unikal" xəbər verir ki, bu barədə İndoneziya liderinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Vidodonu İrpen şəhər administrasiyasının rəhbərləri, xüsusən də mer Oleksandr Markuşin müşayiət edib.
İndoneziya prezidenti jurnalistlərə açıqlamasında "Çoxlu zədələnmiş evləri və dağılmış infrastrukturu görmək çox kədərli idi", - deyib.
***11:03
İndoneziya lideri Coko Vidodo Ukraynaya səfər edib.
"Unikal" xəbər verir ki, Vidodo bu barədə "Twitter"də məlumat yayıb.
Vidodo özü səfərini sülhməramlı adlandırıb və Ukraynaya getdiyi “xoş niyyət” olduğunu vurğulayıb.
Gülayə Mecid