NATO Ukraynaya öz azadlığı uğrunda müharibədə qalib gəlməsinə şərait yaratmaq üçün özünümüdafiə hüququndan istifadə etməkdə ona misilsiz yardım göstərməyə davam edəcək.
"Unikal" xəbər verir ki, bunu bu gün Madriddə Madrid Sammitinin plenar iclasından əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz nümayiş etdirəcəyik ki, NATO-nun qapıları açıq qalır, bunu Finlandiya və İsveçin bizim ittifaqımıza qoşulmağa dəvət etməsi də sübut edir. Biz Ukrayna üçün geniş yardım paketini təsdiqləyəcəyik və Ukraynanın qələbəsini təmin etmək üçün özünümüdafiə sahəsində ölkəyə misilsiz dəstəyi davam etdirəcəyik. Mən çox şadam ki, prezident Zelenski bu gün bizə qoşulacaq və bizə müraciət edəcək. Ukrayna xalqının və Ukrayna Silahlı Qüvvələrinin cəsarəti dünyanı ruhlandırır. NATO müttəfiqləri Ukraynaya yaxın olmağa davam edir”, - Stoltenberq bildirib.
O qeyd edib ki, Madrid Sammiti çox çətin təhlükəsizlik şəraitində, totalitar rejimlərin qaydalar əsasında dünya nizamını məhv etməyə çalışdığı bir vaxtda keçirilir.
Gülayə Mecid