Rusiya təcrid olunmalıdır, dağıtmaq istədiyi beynəlxalq strukturlarda olmamalıdır.
"Unikal" xəbər verir ki, bunu NATO-nun Madriddə keçirilən sammitində prezident Vladimir Zelenski deyib.
"Rusiyanın təcrid olunması lazımdır. Məhv etmək istədiyi beynəlxalq strukturlarda olmamalıdır. O dialoqu axtarmağa başlayana qədər mənası olmayan dialoqlar olmamalıdır. Dialoqu özü axtarmalıdır. Sülh naminə NATO-nun şərq cinahı anlayışına yenidən baxılmalıdır”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, ona görə də ümumi təhlükəsizlik məkanında ona yer tapmalıdır.
Bildirək ki, iyunun 28-30-da Madriddə NATO sammitinin keçirilir. Dövlət və hökumət başçıları çəkindirmə və müdafiə siyasətini gücləndirmək, Rusiyanın Ukraynaya əsassız müdaxiləsindən sonra yaranmış yeni təhlükəsizlik vəziyyətində Alyansın müdafiə qabiliyyətini inkişaf etdirmək yollarını nəzərdən keçirirlər.