Müğənni-bəstəkar Rəhim Rəhimli "Ağıllı ol"adlı yeni mahnısını həmkarlarına aid etdiyini etiraf edib.
"Unikal" xəbər verir ki, sənətçi bu haqda "Sözbaz" proqramına açıqlamasında danışıb. O bildirib ki, çox vaxt susur və ünvanına deyilənlərə cavab vermir:
"Çox zaman cavab vermirsən. Onda da düşünürlər ki, söz dedim təsiri oldu, tutdu, üzərinə daha da gedə bilərəm. Sadəcə bəzən birilərinə görə susursan, ailəni düşünürsən. Deyrisən mən sənin kimi yiyəsiz deyiləm, ailəm, qonşum var. Belə insanlara şillə olsun, ağıllı ol".