Şri-Lankada reabilitasiya mərkəzindən 500-dən çox məhbus qaçıb.
"Unikal" xəbər verir ki, Şri-Lankada polis rəsmiləri paytaxt Kolombodan 250 kilometr şimal-şərqdə yerləşən və narkotiklə bağlı cinayətlərə görə məhkum olunanların müalicə olunduğu Kandakadu Reabilitasiya Mərkəzindən məhbusların qaçdığını açıqlayıb.
Səlahiyyətlilər 1000-ə yaxın insanın müalicə olunduğu mərkəzdən qaçan 500-dən çox məhbusun tutulması üçün əməliyyata başladıqlarını bildiriblər.
Ölkədə 300 minə yaxın insanın narkotiklə mübarizə apardığı paylaşılıb.