İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası daha 3 medal qazanıb.
"Unikal" xəbər verir ki, yığma üzvləri bu gün 1 gümüş, 2 bürünc medala sahib olublar.
72 kq çəki dərəcəsində yer alan Qurban Qurbanov finalda macarıstanlı Attila Toesmaqiyə 1:2 hesabı ilə uduzaraq, ikinci yeri tutub.
60 kq çəkidəki Nihat Məmmədli 3-cü yer uğrunda görüşdə isveçli İlyas Ayhana 6:0, 67 kq-da Kənan Abdullazadə isə israilli Şon Naderginə 6:1 hesabı ilə qalib gəlib.
Beləliklə, yunan-Roma güləşçiləri Avropa çempionatında ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Daha əvvəl Nihat Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl medala sahib olub.