Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı proqramına dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.
"Unikal" xarici KİV- istinadən xəbər verir ki, bu barədə Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında söhbət açıb.
O, separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib:
"Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu, mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram".
Bununla yanaşı, Solovyov daha sonradan Azərbaycandan növbəti dəfə üzr istəyib.