Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus Su-27 qırıcısını və doqquz pilotsuz uçuş aparatını məhv edib.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya aviasiyası Dnepropetrovsk və Xerson vilayətlərində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini havada vurub:
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Dnepropetrovsk vilayətinin Şirokoye və Xerson vilayətinin Arxangelskoye yaşayış məntəqələri ərazilərində havada Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 224 təyyarə, 134 helikopter, 1400 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3859 tank və digər zirehli döyüş texnikası, 698 reaktiv yaylım atəşi sistemi, 3 059 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3 916 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.