Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.
"Unikal" xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb:
"Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanılıb. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotikdən asılı edib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba uşaq sığınacağına yerləşdirib. Bir ildir ki, uşaqlar təhsildən yayınıblar", - K.Ağazadə qeyd edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
O qeyd edib ki, istintaq hərəkətləri davam etdirilir: "İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaq”.