Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olan rayon sakini Tərlan Əzimovu saxlayıblar. Onun üzərindən psixotrop maddə olan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, T.Əzimov narkotik vasitələri qardaşı Qəşəm Əzimovdan götürüb. Q.Əzimovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə ümumi çəkisi 30 qramdan çox olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib, Q.Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib.