Yəmənin Abyan əyalətinin Lawdar şəhərində silahların saxlandığı binada partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, adının çəkilməsini istəməyən yerli təhlükəsizlik mənbəsi partlayış nəticəsində azı 10 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.

Partlayışla bəzi binalara və iş yerlərinə ziyan dəyib. Partlayışın səbəbi hələlik məlum olmasa da, yerli hakimiyyət hadisə ilə bağlı araşdırmalara başlayıb.