Kramatorsk və Baxmut istiqamətlərində döyüşlər davam edir, Xarkov və Slavyansk istiqamətində isə Ukrayna Silahlı Qüvvələri iki hücumu dəf edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsindəki operativ məlumatında deyilir: "İşğalçılar Udı, Dementyevka, Novoe, Rus Tişki, Tsirkuni, Kutuzovka, Bazaleevka, Prişib, Şevelevka və Protopopovka yaşayış məntəqələrinin ərazilərini atəşə tutmaq üçün tank, minaatan, top və raket artilleriyasından istifadə ediblər. Rus işğalçıları Sosnovka yaxınlığında hücum əməliyyatları keçirdilər, müvəffəqiyyət qazanmadılar və geri çəkildilər. Ayrı-ayrılıqda Xarkov vilayətinə hava zərbəsi endiriblər.

Bundan əlavə, Slavyansk istiqamətində düşmən öz bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. Dubravnoye, Dolina və Adamovka yaxınlığında artilleriya atəşi qeydə alınıb. Ukrayna əsgərləri Krasnopolye vilayətində düşmənin hücum hərəkətlərini uğurla dəf ediblər.

Eyni zamanda, Donetsk istiqamətində düşmənin əsas səyləri Baxmut-Lısıçansk yolunu nəzarətə götürmək və Beloqorovka qəsəbəsini tutmağa cəhd etmək üzərində cəmləşib".

"Düşmən Kramatorsk istiqamətində Krivaya Luka və Serebryanka ərazilərində mülki infrastrukturu atəşə tutub. O, Seversk yaxınlığında raket və hava zərbələri endirib. Beloqorovka ərazisində döyüşlər davam edir", - məlumatda bildirilir.

Ramil Zeynallı