Rusiya hökuməti Yəhudi Agentliyinə ölkə daxilindəki bütün əməliyyatları dayandırmağı əmr edib.

"Unikal" Jerusalem Posta nistinadən  xəbər verir. xəbər verir ki, sərəncam bu həftənin əvvəlində Rusiya Ədliyyə Nazirliyindən daxil olan məktubda verilib. Yəhudi Agentliyinin rəsmiləri məktubun alındığını təsdiqləyiblər, lakin Xarici İşlər Nazirliyi və Baş Nazirlik Ofisi ilə məsləhətləşmələr əsasında təşkilatın Qüdsdəki ofislərində hazırda baxılan cavabı şərh etməyəcəklər.

“Yəhudi Agentliyinin Rusiyadakı nümayəndə heyətinin işinin bir hissəsi olaraq bizdən hakimiyyət orqanlarının tələb etdiyi kimi, vaxtaşırı müəyyən düzəlişlər etmək tələb olunur. Səlahiyyətli qurumların müəyyən etdiyi qaydalara uyğun fəaliyyətimizi davam etdirmək məqsədi ilə hakimiyyətlə əlaqələr davamlı olaraq aparılır. İndi də belə dialoq gedir".

Sərəncam Təl-Əviv rejimi ilə Rusiya arasında Ukraynada davam edən müharibə ilə bağlı mövqeyi və Kiyev və onun çətin vəziyyətdə olan lideri Volodimir Zelenskinin yanında olmaq siyasəti ilə bağlı artan gərginlik fonunda verilib.

Gültəkin Ələsgər