Qazpromun podratçısı olan “Astra-Şipping” şirkətinin baş direktoru Yuri Voronov ölü tapılıb.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, Voronov Sankt-Peterburq yaxınlığındakı kottec kəndindəki evinin hovuzunda tapılıb. Onun yanında travmatik tapança olub. O, başından güllə yarası alıb.

“Astra-Shipping” Rusiyanın “Qazprom” şirkətinin Arktika regionunda podratçısıdır. 2020 və 2021-ci illərdə şirkət 160 milyon rubl zərər çəkib.

Qeyd edək ki, bu, Rusiyanın “Qazprom”u ilə əlaqəli olan top-menecerin beşinci ölümüdür.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Rusiyanın qaz inhisarçısı “Qazprom”un səhmləri 30%-dən çox ucuzlaşıb . Səbəb səhmdarların yığıncağının vergilərə gedəcək dividendləri ödəməmək qərarı olub.

Gültəkin Ələsgər