Gəncə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü İ.Həsənov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 21 yaşlı gənc dərhal əməliyyat edilib. Onunvəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İ.Həsənov bir neçə şəxs tərəfindən döyüldükdən sonra bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov