Sabunçu rayonunda evin həyətində xeyli miqdarda çətənə kolu aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini V.Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 104 kiloqramdan artıq çəkidə 6256 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
V.Quliyevin əvvəllər də məhkum olunduğu bildirilib.