Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə iyulun 6-da saat 4 radələrində Bakı şəhər sakini H.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində əyləşən şəxsin onu bıçaqla hədələyib 370 manatını talaması və avtomobillə hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini C.Muxtarov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.