Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən "Unikal"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayevin gətiridiyi sovqata baxış keçirilib. Bu zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.