Şri-Lanka hökumətində Baş nazirin ardınca turizm naziri Harin Fernando və əmək naziri Manuşa Nanayakkara istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl media, nəqliyyat və avtomobil yolları naziri Bandula Qunavardana istefa verdiyini açıqlamışdı.
Bildirək ki, iyulun 9-da minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısı Qotabai Rajapaksanın istefasını tələb edib. Onlar prezident iqamətgahına daxil olublar. 30-dan çox insan yaralanıb. Daha sonra etirazçılar baş nazirin iqamətgahının ərazisinə daxil olaraq binanı yandırıblar.