Dünyanın üçüncü raketka ustası Novak Cokoviç Uimbldon turnirinin finalında Nik Kiriosa qalib gələrək çempion olub.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, serbiyalı tennisçi 21-ci Böyük Dəbilqə turnirinin qalibi olub.
O, Rocer Federeri ötüb və bu göstəricidə yalnız Rafael Nadaldan geri qalır. Uimbldonda Cokoviç ardıcıl dördüncü, ümumi hesabda isə yeddinci qələbəsini əldə edib. O, Pit Samprasla eyni pillədə və Londonda səkkiz titul qazanmış Federerdən sonra ikincidir.
Ümumilikdə, Cokoviç ATP səviyyəsində 88-ci titulunu qazanıb. Bu göstəriciyə görə, o, beşincidir. Uimbldon serb idmançının il ərzindəki ikinci kubokudur.