Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

"Unikal" xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gəlib.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçirilən qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Görüşdə yeganə qolu 18-ci dəqiqədə İsaak Kofi vurub.

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.