Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN-nin məlumatında qeyd olunub.
Bildirilib ki, M.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 500 metr aralıda) tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***18:02
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.