"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununu buraxa bilər.

"Unikal" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında məlumat verib.

"Qara Qarayevin meydana çıxması sual altındadır. Bugünkü məşqdə Qara ilə bağlı məsələyə aydınlıq gələcək", - deyə Q.Qurbanov bildirib.