Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "Bloombreg" agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi davam edir. Bu məsələ ilə bağlı qərarın yaxın gələcəkdə qəbul ediləcəyi ehtimalı azdır.

Qeyd edilir ki, bəzi üzv ölkələr Rusiya qazına qarşı sanksiyaların genişləndirilməsində israrlıdır, lakin Aİ ölkələrinin böyük əksəriyyəti bu tədbirləri dəstəkləmir.