"Mançester Yunayted"in futbolçusu Andrea Pereyra "Fulhem"ə transfer olunub.

"Unikal" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, A.Pereyra ötən mövsüm icarə əsasında Braziliya "Flamenqo"sunda oynayıb.