"Heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik".
"Unikal" xəbər verir ki, bunu Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom deyib.
O bildirib ki, "Qarabağ"ın heyətində güclü futbolçular var və onların hər birini təhlükəli hesab edir.
"İlk matçda onlara tam üstünlük verməməyə çalışdıq. Bu dəfə də belə olacaq".