Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.

Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.