Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.