Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonda ümumi sahəsi 400 m² olan mansarda tipli birmərtəbəli obyektin (1-ci mərtəbəsi market, mansardası çay evi) mansardasının taxta atmaları və penoplastdan ibarət üzlüyü 10 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.