Avropada isti hava bir çox müəssiələrin işinə mane olub. Hətta Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin “RAF Cranwell” aviabazasının işini istilər səbəbindən dayandırmalı olub. 

"Unikal" gazeta.ru-ya istinadən xəbər veir ki, bazanın uçuş-eniş zolağında asfalt əriyib.

Nəticədə, bitum təyyarələrin təkərlərinə və aviabazanın işçilərinin ayaqqabılarına yapışmağa başlayıb.

Bu səbəbdən komandanlıq havanın temperaturu aşağı düşənə qədər təyyarələrin uçuşlarını dayandırmaq qərarına gəlib. Həmçinin aviabazada yerləşən Kral Hərbi Hava Qüvvələri Kollecinin tələbələri üçün təlim uçuşları dayandırılıb.

Qeyd edək ki, son bir neçə gündə Britaniyada havanın temperaturu 32 dərəcəyə çatıb. Eyni zamanda, Böyük Britaniyanın milli meteorologiya xidməti temperaturun daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.