Beynəlxalq Şahmat Federasiyası yeniyetmələrin (U-16) Ümumdünya Olimpiadasının Azərbaycanda keçiriləcəyini açıqlayıb.
"Unikal" Azerisporta istinadən xəbər verir ki, Olimpiada 3-10 oktyabrda Naxçıvanda keçiriləcək.
Komandalar ikisi əvəzedici olmaqla altı oyunçu ilə təmsil olunacaq. Ən azı bir qadın şahmatçının olması da məcburidir.
Qeyd edək ki, komandamız yarışın hazırkı qalibidir.