BMT-nin Təhlükəsizlik Şurası Türkiyə üzərindən Suriyanın şimalına göndərilən yardım exanizminin mandatını 6 ay uzadıb. 

"Unikal" xəbər verir ki, Cilvəgözü sərhəd qapısından 6 ay daha yardım keçəcək.

Mexanizmin 4 milyon insan üçün həyati əhəmiyyət daşıdığnı vurğulayan Xarici İşlər Nazirliyi qərarı alqışladıqlarını bildirib. 

Ötən ilin iyulunda bir müddətinə uzadılan proqramın müddəti iyulun 11-də başa çatıb. Yardımın daha bir il uzadılmasını nəzərdə tutan qanun layihəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya tərəfindən veto edilmişdi. 

Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, "BMT-nin TŞ Suriyanın şimal-qərbinə BMT-nin sərhədyanı yardım mexanizmini 6 ay da olsa uazdılmasını alqışlayırıq"-deyə bildirilib.   

Bəyənatda aşağıdakı ifadələr yer alıb: 

"Sözügedən BMT mexanizmi Suriyanın şimal-qərbində ehtiyacı olan təxminən 4,1 milyon insana təcili humanitar yardımın çatdırılmasında mühüm rol oynayır. Suriya və regional humanitar böhrana təsirli beynəlxalq reaksiya baxımından sabitlik, BMNT mexanizminin funksiyaları davam etdirilə bilər. Onun bir çərçivədə fasiləsiz davam etdirilməsi vacibdir. türkiyə beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək bu istiqamətdə səylərini davam etdirəcək".