Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

"Stop" nişanının tələbini pozan minik maşını "Toyota Prado" markalı avtomobili vurub. Nəticədə "Prado" aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.