Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzildə 1 ədəd kreslo və 4 m² sahədə divar kağızı yanıb.
"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.