Rusiyanın Yakutiya vilayətinin Verxoyansk şəhəri bəndin uçması səbəbindən su altında qalıb.

"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Elektrik xətlərində və yarımstansiyalarda baş verə biləcək qəza təhlükəsi ilə əlaqədar qısa müddət ərzində sosial obyektlərin evlərinin yarısında elektrik enerjisinin verilişi dayandırılıb", - deyə administrasiyadan bildirilib.

Rusiya vilayətinin operativ qərargahı Verxoyanskda 54 bölgənin su altında qaldığını bildirib. 

Qeyd olunub ki, daşqına səbəb güclü leysan yağışları olub. 

Ağarza Elçinoğlu