Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Unikal"a bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir:
"Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".