Dörd günlük bayram tətilində yol qəzalarında ölənlərin sayı açıqlanıb.

"Unikal" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu müddətdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib.

Qəzalarda 8 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qeyd edək ki, ölkəmizdə Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayıb.