Ucar rayonunda şəhid anasına məxsus tikili yanaraq kül olub.
"Unikal"ın məlumatına görə, ikinci Qarabağ müharibəsi şəhidi Ələkbərov Səbuhinin anası Südabə Ələkbərovanın tövləsi 500 bağ qışa tədarük edilmiş otla birgə yanıb.
Bərgüşad rayonunda qeydə alınan hadisəyə Ucar rayon FHN-in əməkdaşları cəlb olunub, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Şəhidin qardaşının sözlərinə görə, əraziyə gələn Ucar rayon İcra hakimiyyətinin nümayəndələri bütün zəruri tədbirlərin görüləcəyini, bununla bağlı ailəyə yardım edəcəyini bildirib.
Ağarza Elçinoğlu
🔥Ucarda şəhidin anasına məxsus tikili yanaraq kül olub. pic.twitter.com/fy1SUCnIH9
— Unikal Media Group (@UnikalOrgPortal) July 13, 2022