Deputat Razi Nurullayev barəsində yalan məlumat yayıldığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o "Facebook"da status yazıb:
"Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olur-olsun ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar", - deyə deputat qeyd edib.