Türkiyənin cənubundakı Dənizli vilayətində turist avtobusu aşıb.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, 41 ağır qəzada 41 nəfər  yaralanıb.

Xəsarət alanlar arasında Almaniya, Britaniya və Meksikadan olan 39 turist də var. Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Sürücü idarəetməni itirib, maşın hasardan aşıb. 

İlkin məlumata görə, üç zərərçəkənin vəziyyəti ağırdır. Turistlərin əksəriyyətinə qəza yerində tibbi yardım göstərilib.

Analoji hal 2 gün əvvəl də baş verib. Belə ki, 12 iyulda turistləri daşıyan avtobusun uçuruma düşməsi nəticəsində 18 nəfər yaralanıb.