Ermənistan tərəfi Ermənistan-Türkiyə sərhədinə yaxın ərazidə minalardan təmizləmə işləri aparmır.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində ER Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Xatırladaq ki, Qarsın “Karsgazete” qəzeti Türkiyə-Ermənistan sərhədi yaxınlığında yerləşən İbiş kəndi ərazisində İsrail şirkətlərindən birinin nümayəndələrinin minalardan təmizləmə işləri apardığını yazıb.