Çində canlı yayım tarixində görünməmiş hadisə baş verib.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir  ki, "Suzhou" televiziyasının aparıcısı Huang Xinqi burnundan qan axmasına baxmayaraq canlı yayıma davam edib.

Diktor efir boyu sakitliyini qoruyaraq xəbər buraxılışını bitirib. Xəbər bülleteni bitdikdən sonra açıqlamalar verən Huang Xinqi o anda yeganə düşüncəsinin yayıma davam etmək olduğunu söyləyib.  

Bu anlar sosial şəbəkədə qısa zamanda çoxlu baxış toplayıb. Lakin diktorun bu addımı sosial medianı iki yerə bölüb. Bəzi istifadəçilər Huang Xinqinin peşəkarlığını tərifləsə də, digərləri onun səhv etdiyini ifadə  edib.