Mərkəzi Amerika ölkəsi Hondurasda keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər silahlı hücumda həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tequsiqalpada gecə klubundan çıxan 4 nəfər hücuma məruz qalıb.
Ölənlərdən birinin keçmiş prezident Lobonun 19 yaşlı oğlu Səid Lobo Bonilla olduğu bildirilib.
Təhlükəsizlik kameralarına əks olunan qeydlərdə dəbilqəli və uniformalı təcavüzkarların silah gücünə 4 nəfəri avtomobildən çıxardıqları görünür.
Xəbərdən sonra hadisə yerinə gedən polis 4 nəfərin öldüyünü təsdiqləyib.
Hücumla bağlı hərtərəfli istintaq başladılıb.
Gülayə Mecid