Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Prezidentlər ikitərəfli münasibətlərə və regional proseslərə dair məsələlər ətrafında müzakirə aparıblar.

Prezidenti Rəcəb Tayyib Ərdoğan “SAMP-T” ilə bağlı gözlədiklərinin “tam açıq” prinsiplər çərçivəsində maksimum əməkdaşlığı özündə ehtiva edən ortaq bir sistem yaratmaq və tədarük layihəsinə başlamaq olduğunu ifadə edib.

Ukrayna taxılının ixracatı ilə bağlı prosesin İstanbulda qurulacaq və Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrindən ibarət olacaq bir Koordinasiya Mərkəzindən idarə edilməsi qərarının qəbul edildiyini bildirən Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu planın sürətlə həyata keçirilməsi beynəlxalq qida təhlükəsizliyində böyük rahatlıq yaradacaqdır.

Qeyd edək ki, Türkiyə tərəfi Fransa və İtaliya ortaq təsisatları olan “Eurosam” (Avropa müdafiə) Konsorsiumu çərçivəsində “SAMP-T” raket əleyhinə müdafiə sisteminin Türkiyədə istehsalına başlamaqda israrlıdır.