Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayon sakini Səbuhi Vəliyev saxlanılıb.Şəxsi axtarış zamanı ondan sellofan torbada 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.