"Türkiyə üçün Suriya sərhədlərinə daxil olmaq faydalı deyil və bu, iki ölkə arasında münaqişəyə səbəb olacaq".

"Unikal" xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl əl-Məqdad Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərindən bir gün sonra Türkiyənin Suriyanın şimalına hücum ehtimalı ilə bağlı deyib. 

O, bildirib ki, Türkiyə və ya qeyri-Türkiyə üçün Suriya sərhədlərinə daxil olmaq faydalı deyil və bu, iki ölkə arasında münaqişəyə səbəb olacaq. Biz Türkiyənin Suriya torpaqlarına hər hansı müdaxiləsinin əleyhinəyik və biz Suriyada məskunlaşmaların qurulmasına və türkləşdirmə siyasətinə qarşıyıq. Heç bir şey Suriyanın müstəqilliyi və suverenliyini təhdid edə bilməz".

Qeyd edək ki, Ərdoğan İrandan Türkiyəyə qayıdan zaman bir daha vurğuladı ki, Ankaranın Suriyanın şimalındakı kürd qüvvələri ilə bağlı təhlükəsizlik narahatlıqları həll olunmayana qədər Türkiyənin bu bölgəyə yeni hücumu gündəmdə olacaq. Türkiyə prezidenti Tehranda Vladimir Putin və İbrahim Rəisi ilə birgə görüşdə deyib: "Biz Suriyadan ölkəmizin milli təhlükəsizliyini hədəf alan şər mərkəzlərini məhv etmək əzmindəyik".

Bundan əvvəl media Türkiyə Suriyanın şimalına hücum etsə, Amerika çətin vəziyyətdə qalacaq, çünki Vaşinqton Suriyanın şimalında kürd qüvvələrini dəstəkləyir və bu qüvvələr bu bölgədə İŞİD-in məğlub edilməsində mühüm rol oynayır.