Rusiya lideri Putin İranda keçirilən görüşdən sonra cümə günü keçiriləcək taxıl sammiti öncəsi mövzu ilə bağlı mühüm açıqlamalar verib.

"Unikal" xəbər verir ki, Rusiya lideri bildirib ki, Rusiya taxılının tədarükünə qoyulan bütün məhdudiyyətlər aradan qaldırıldıqdan sonra onlar 50 milyon ton ixrac etməyə hazırdırlar.

İstanbuldakı görüşdən sonra taxıl dəhlizinin gündəliyinə dair ikinci iclas bu həftənin cümə günü yenidən İstanbulda keçiriləcək. Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən sammitindən sonra "taxıl dəhlizindən" danışıb.

Putin rusiyalı jurnalistlərə “Ərdoğan taxıl sahəsində çox işlər görüb” deyərək prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Rusiyanın məsələyə yanaşmasını açıqlayan Putinin sözlərinə görə, Ukrayna taxılının ixracına kömək ediləcək. Lakin Rusiya taxılının tədarükünə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır:

"İndiyədək heç kimdən etiraz gəlməyib. Amerikalı tərəfdaşlarımız da daxil olmaqla. Görək bundan nə çıxacaq”.

ABŞ-ın Rusiya gübrələrinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını xatırladan Putin, “Ümid edirəm ki, vəziyyəti yaxşılaşdırmaq istəyirlərsə, Rusiya taxıl ixracatında da eyni şey olmalıdır. Biz indi hazırıq. Bizim ixrac potensialımız 30 milyon ton taxıldır, bu ilin sonuna 50 milyon ton olacaq”. deyə Rusiya lideri bildirib.