Yeni mövsümə Bolqarıstanın Bansko şəhərində hazırlaşan "Sabah" təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

"Unikal" xəbər verir ki, paytaxt təmsilçisi İsrailin yüksək liqasında çıxış edən "Hapoel" (Hadera) klubu ilə qarşılaşıb.

Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" hazırlıq prosesində daha 2 sınaq matçında qüvvəsini sınayacaq.