Rusiya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək niyyətindən əl çəkməyib, lakin bu müharibədə uduzacaq.

"Unikal" xəbər verir ki, bunu Estoniya Xarici Kəşfiyyatının rəhbəri Mikk Marran deyib. 

Marranın sözlərinə görə, Putinin strateji hədəfləri ilə meydandakı vəziyyət arasında fərq hər gün artır.

"Putinin uzunmüddətli məqsədi Kiyevə nəzarəti ələ keçirmək və Ukrayna hökumətini devirməkdir. Rusiya diktatorunun başqa məqsədləri də var. O, ortamüddətli perspektivdə Moldovada separatçı Dnestryanı ilə quru əlaqəsi yaratmaq istəyir və qısa müddətdə hələ də diqqətini Donbasa yönəldir", - Marran bildirib.

O, həmçinin vurğulayıb ki, Rusiya ordusunun “ikinci sürəti işə salmaq” imkanı yoxdur, ona görə də Moskva şüurlu şəkildə Ukraynada mümkün olan maksimum səyləri göstərir. Marranın sözlərinə görə, son beş ayda hər kəs kimə və nəyə qadir olduğunu artıq göstərib.

Gülayə Mecid