2022-ci ilin birinci yarımili ərzində aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 115 təqdimat verilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında qeyd olunub.
Bildirilib b ki, həmin təqdimatlar üzrə 11 şəxs vəzifədən azad olunmuş və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb, 4 halda xəbərdarlıq olunub, 24 işçiyə töhmət və ya şiddətli töhmət verilib, digər hallarda isə təqdimat əmək kollektivinin iştirakı ilə geniş müzakirə olunaraq təqdimatda göstərilmiş qanun pozuntularının aradan qaldırılması, qanunvericiliyin tələblərinə ciddi əməl olunması, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara göstəriş verilib.